Norveçin müdafiə naziri Türkiyədən üzr istədi

18-11-2017, 09:59           

NATO-nin hərbi təlimləri zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və Mustafa Kamal Atatürkün şəkillərinin poliqonda hədəf kimi istifadə olunmasına görə Norveç rəsmi şəkildə Türkiyədən üzr istəyib.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Norveçin müdafiə naziri Frank Bakke-Jensen rəsmi açıqlama yayıb.

O, bildirib ki, Norveçdə keçirilən təlimlər zamanı baş verən xoşagəlməz olay bu ölkənin siyasi mövqeyini əks etdirmir. Nazir rəsmi Ankaradan üzr istəyərək Türkiyə ilə əməkdaşlığa dəyər verildiyini, yaşanan olaya görə günahkarın cəzalandırılacağını vurğulayıb.

Qeyd edək ki, NATO-nun təlim mərkəzində Türkiyə dövlətinin qurucusu Atatürkün və hazırki prezident Rəcəb Tayyib Ərdoğanın şəkilləri atış üçün hədəf kimi seçilib. Bundan sonra Türkiyə NATO-nun Norveçdəki mərkəzi komandanlığındakı 40 hərbçisini təlimlərdən geri çağırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.