Türkləri təhqirə etiraz etdiyi üçün həbs edilən gənc azadlıqda

18-11-2017, 11:56           

Azərbaycanlı milli-mədəni fəal Məhəmməd Nəcəfi 6 ay həbsdən sonra Təbrizin mərkəzi zindanından 16 noyabrda azadlığa buraxılıb.

Axar.az xəbər verir ki, M.Nəcəfi 2015-ci il noyabrın 20-də Təbrizin Yadigare İmam stadionunda “Traxtur” komandası ilə “Siyah cameqan”ın görüşü zamanı bir neçə fəalla birlikdə saxlanılıb.

Azərbaycanlı fəal Təbriz məhkəməsi tərəfindən ictimai asayışı pozmaq ittihamlı ilə təqsirləndirilib və bir il həbs cəzasına məhkum edilib, lakin Apelyasiya Məhkəməsi həbs cəzasını 6 aya qədər endirib. O, 2017-ci il 5 iyunda həbs edilmişdi.

Qeyd edək ki, sözügedən futbol yarışı zamanı stadionda təxminən 15 min tamaşaçı İran Teleradio Şirkətinin türkləri təhqir etməsinə etiraz əlaməti olaraq şüarlar səsləndiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru