Avropa İttifaqı Türkiyəyə maliyyə yardımını azaldacaq

19-11-2017, 11:02           
Avropa İttifaqı Türkiyəyə maliyyə yardımını azaldacaq
Avropa İttifaqına (Aİ) üzv ölkələr 2018-ci ilin büdcəsi ilə bağlı danışıqları başa çatdırıb.
"Report" "Deutsche Welle"yə istinadən xəbər verir ki, qəbul edilən sənədə əsasən, Birlik Aİ üzvlüyünə namizədlərin dəstəklənməsi proqramı çərçivəsində Türkiyəyə maliyyə yardımını azaltmağı planlaşdırır.
Qeyd olunur ki, Aİ Türkiyəyə ödəniş məbləğini Avropa Komissiyası tərəfindən tərtib olunmuş birinci büdcə layihəsi ilə müqayisədə 105 milyon avro azaldıb. Həmçinin Aİ tərəfindən Türkiyədə hüquqi dövlət prinsiplərinə riayət olunması sahəsində irəliləyiş müşahidə olunmayınca Ankaraya ayrılan daha 70 mln. avronun dondurulması barədə qərar qəbul olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru