Azərbaycanlı polisin rəftarı Türkiyə mediasında: "Qardaş, pulun yoxdusa..."

21-11-2017, 10:23           

“Yavru vətən Kıbrısdırsa, “Qardaş Vətən Azərbaycandır”.
Publika.az xəbər verir ki, bu sözləri Türkiyədə dərc olunan “Göy Türk” qəzetinin baş redaktoru, yazar Mehmet Turaçcı Bakı ilə bağlı 3 günlük səfərinin təəssüratlarını bölüşərkən yazıb.
O, Bakıda ilk dəfə tanış olduğu insanların ətrafında özünü yad hiss etmədiyini deyib.
“Mənə uzaqdan gələn qohumları kimi yaxınlıq göstərmələrindən çox sevindim. Sevincimi ifadə edəcək söz tapmıram. Can Azərbaycan doğrudan da “Qardaş Azərbaycanmış”-deyə yazıb.
M.Turaçcı xüsusən, Azərbaycan polisi ilə aralarında yaşanan dialoqu unutmadığını yazıb:


“Bakı ziyarətim Heydər Əliyev adına hava limanınından kirayələdiyim maşınla başladı. Bakının geniş bulvarının ətrafında irəliləyərkən istəmədən qaydaları pozdum. Qayda pozduğumu da ancaq yol polisi saxlayandan sonra anladım. Səhvimi biləndən sonra üzr istədim. Türk olduğumu bilən polis haralı olduğumu soruşdu. Adanalı olduğumu dedim. O, “Adanasporu”, "Adana Dəmirspor"un keçmiş oyunçusu Poteni tanıdığını dedi. Polislə ayaqüstü uzun-uzun söhbət etdik. Ayrılanda ona "Adanaspor"un formasını göndərmək istədim və ünvanını öyrəndim. Yol polisi ayrılanda mənə dedi ki, “Qardaş pulun var? Yoxdursa, verim. Biz qardaşıq, yoxdursa, çəkinmə de!”- deyə M.Turaçcı qeyd edib.
Yazını tam olaraq BURADAN oxuya bilərsiniz.
http://www.adanahaber.net/gardas-azerbaycanda-3-gun-makale,1671.html












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.