Türkiyə NATO-dan çıxır? - Ərdoğanın sözçüsündən AÇIQLAMA

21-11-2017, 11:20           

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “France 24” televiziyasına müsahibə verərkən Türkiyə ilə NATO arasında yaşanan böhrandan danışıb.
Publika.az xəbər verir ki, sözçü NATO qədər qatı intizamlı bir hərbi ittifaqda bu cür hadisənin yaşanmasının yolverilməz olduğunu bildirib.
İ.Kalın ölkəsinin NATO-nun 50 ildir üzvü olduğunu vurğulayıb və tərəflərin gələcəkdəki münasibətlərinə dair suallara cavab verib:
“Heç bir müttəfiqimizə qarşı bu hadisənin yaşanmasını qəbul etmirik. Buna baxmayaraq, Türkiyə NATO ilə əlaqələrini kəsməyəcək. Biz NATO-nun sağlam və önəmli bir müttəfiqiyik”.
Qeyd edək ki, bir neçə gün öncə NATO-nun hərbi təlimlərində nişan lövhəsinə Türkiyə lideri Mustafa Kamal Atatürkün və hazırki prezident Rəcəb Tayyib Ərdoğanın fotoları vurulmuşdu. Bu hadisə Türkiyə ilə NATO arasında böyük böhranın yaranmasına səbəb olmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru