Fövqəladə vəziyyət elan edildi - Türkiyədə

6-08-2015, 21:42           
Fövqəladə vəziyyət elan edildi - Türkiyədə
Son günlərdə baş verən qarşıdurmalar və həyata keçirilən əməliyyatlarla əlaqədar Türkiyənin Şanlıurfa vilayətinin Suriyanın Telabyad bölgəsi ilə sərhəd ərazilərində müvəqqəti fövqəladə vəziyyət elan edilib. Hafta.az-ın Türkiyə mətbuatına istinadın verdiyi xıbərə görə, bu barədə açıqlama verən vilayətin valiliyindən bildirilib ki, qərar 15 gün - 6 avqust tarixindən 21 avqust tarixinə kimi qüvvədə olacaq.

Qeyd olunur ki, qərarın verilməsində məqsəd təhlükəsizlik güclərinin sərbəst hərəkətini və vətəndaşların təhlükəsizliyini təmin etmək, mümkün təhdid və təhlükələri aradan qaldırmaqdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru