Atatürk Hava Limanındakı terroru planlaşdıran "Tək qol" öldürüldü - FOTO\VİDEO

23-11-2017, 12:15           

46 nəfərin öldüyü Atatürk Hava Limanındakı terroru planlaşdıran "Tək qol" ləqəbli Əhməd Recepoviç Çatayev Gürcüstanda öldürülüb.

Publika.az xəbər verir ki, Gürcüstanda 17 saat davam edən anti-terror əməliyyatı çərçivəsində 3 çeçen vətəndaşının öldürüldüyü bildirilib. Onların arasında Ə.R.Çatayevin də olduğu qeyd olunur.
Çatayev 2012-ci ildən İŞİD terror qruplaşmasının üzvü olub.
Məlumata görə, o, 2000-ci illərdə Rusiyada həbs olunub. Həbsdə olarkən qanqrena olan sağ qolunu kəsiblər. Bundan sonra o, “Tək qol” ləqəbi ilə tanınmağa başlayıb. 2003-cü ildə Çatayev həbsdən qaçıb. Daha sonra 2012-ci ildə Dağıstanda keçirilən anti-terror əməliyyatı zamanı onun sol ayağını da itirdiyi deyilir.
[media=https://www.youtube.com/watch?v=xVOFne5JULM]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru