Ankarada əməliyyat –60 uşaq terrorçu İŞİD təbliğatçılarından azad edilib

23-11-2017, 22:10           
Ankarada əməliyyat –60 uşaq terrorçu İŞİD təbliğatçılarından azad edilib
Türkiyənin paytaxtı Ankara şəhərində 60 uşaq terrorçu İŞİD təbliğatçılarından azad edilib.

Bu haqda Ankara Prokurorluğu məlumat yayıb.

İnformasiyaya əsasən, azad olunan uşaqlar ailələrinə təhvil veriliblər. Həmin uşaqlara İŞİD-in ideoloji təlimi verilirmiş.

Uşaqların azad edilməsi ilə bağlı keçirilən əməliyyat nəticəsində 5-i qadın olmaqla 15 nəfər tutulub.

Uşaqların valideynləri də məsələ ilə bağlı ifadə veriblər. Onlardan biri övladını Quran kursuna göndərdiyini, başqa biri isə əxlaq problemi səbəbindən övladını məktəbə göndərmədiyini bildirib. Valideynlər İŞİD təbliğatı aparan həmin “kursa” hər ay 100-150 (25-38 dollar) lirə ianə verirmişlər/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru