Çavuşoğlu: “İŞİD terrorçularını Türkiyədən çox məhv edən olmayıb”

24-11-2017, 09:00           
Çavuşoğlu: “İŞİD terrorçularını Türkiyədən çox məhv edən olmayıb”
Türkiyə Yaxın Şərqdə hərbi əməliyyatlar zamanı İŞİD terror qruplaşmasının 4 mindən çox üzvünü məhv edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.

“Münaqişə başlayandan biz 1 milyondan çox dinc sakini qətlə yetirən Əsəd rejimini ciddi şəkildə tənqid edirik, ... lakin heç vaxt münaqişənin hər-hansı həllinə qarşı çıxış etməmişik, əksinə”, - deyə M.Çavuşoğlu Romada İtaliya-Türkiyə biznes-forumunda çıxışı zamanı bildirib.

XİN rəhbəri Türkiyənin çoxdan “Suriyanın dostları qrupu”nun və İŞİD-lə mübarizə aparan beynəlxalq koalisiyanın iştirakçısı olduğunu xatırladıb.

“İŞİD terrorçularını Türkiyədən çox məhv edən olmayıb: Suriya və İraqda 4 mindən çox terrorçu məhv edilib. Bundan başqa, xaricdə döyüşlərdə iştirak etmiş 5 mindən çox silahlı ölkədən çıxarılıb, 3 mindən çoxu isə həbs edilib”, - deyə M.Çavuşoğlu qeyd edib.

Onun sözlərinə görə, Ankara uzun müddətdir Suriyadakı müxalifət qruplarını Cenevrə danışıqlarında iştirak etməyə sövq edir, lakin Dəməşqin hazır olmadığı səbəbindən bu proses nəticə gətirmir: “Cenevrədə onların arasında razılıq əldə olunmalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru