“Rusiya Krıma yarım milyon insan köçürüb” - Mustafa Cemilev

24-11-2017, 13:54           
“Rusiya Krıma yarım milyon insan köçürüb” - Mustafa Cemilev
Rusiya Krıma 300 min nəfərə yaxın sakinini yerləşdirib. Daha 250 min nəfər Luqansk və Donetskdən gətirilib.

Virtualaz.org “Ukrinform”a istinadən xəbər verir ki, bunu Krım-tatar xalqının lideri Mustafa Cemilev deyib.

“Rusiya işğal olunmuş ərazilərdə demoqrafik vəziyyətin məcburi dəyişdirilməsinin yolverilməzliyi barədə Cenevrə konvensiyasının tələblərini kobud şəkildə pozur. Onlar elə şərait yaradırlar ki, yarımadanın köklü sakinləri buraları tərk edir və əraziyə özlərinə loyal insanları köçürürlər”, - Cemilev bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru