Qardaş bacısına bir həftə işgəncə etdikdən sonra toka verib öldürdü - Feysbuk mesajlarına görə - FOTO

25-11-2017, 17:26           

Türkiyənin Batman vilayətində qandonduran cinayət hadisəsi törədilib.

A24.az Türkiyə mediasına istinadən xəbər verir ki, 16 yaşlı Əminə Demirtaş adlı qız qardaşı tərəfindən işgəncə verilərək öldürülüb. Qardaşı qızı bir həftə boyunca taxta və plastik boruyla döyüb, sonra bədəninə su tökərək elektrik cərəyanına qoşub.

Kasım Demirtaş adlı 29 yaşlı qatil qardaş qəsdən adam öldürməkdə təqsirləndirilərək ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib. Bu günlərdə isə məhkəmə müttəhimin mühakimə prosesindəki davranışlarını və peşmançılığını nəzərə alaraq cəzanı ömürlük həbs cəzasına endirib. Həmçinin cinayətdə ittiham olunan ana Ədalət və ata Mehmet Demirtaş bəraət alıb.
Batman Qadın Haqları Komissiyası isə bu qərara qarşı çıxaraq Qaziantep Ədliyyə Məhkəməsinə apellyasiya şikayəti verib.

Qeyd edək ki, 16 yaşlı Əminə Demirtaşın öldüyü gün təcili tibbi yardıma zəng olunaraq verilən ünvanda yaralı qadın olduğu bildirilib. Briqada hadisə yerinə çatanda isə Əminə Demirtaşın artıq öldüyü aşkarlanıb. Aparılan istintqada gənc qızın bədənində bənövşəyi, sarı və yaşıl rənglərdə çox sayda zərbə izi, kəsiklər, sümük qırıqları olduğu və elektrik verilərək öldürüldüyü müəyyən olunub. Çağıran polis dəstəsinin apardığı tədqiqatda isə evdə elektrik cərəyanı vermək üçün istifadə edilən üçlü cərəyan mənbəyi, naqil parçaları, metal parçası, pinset, plastik su qabları, plastik boru, vedrə, yaş dəsmal və 90 santimlik taxta dəyənək tapılıb. Cəsəd yarıldıqdan sonra qızın kürək və bud nahiyyəsində ağır dəyənək zərbələrindən yaranmış bir həftəlik yaralar, qabıq bağlamış yara izləri, çiyin sümüklərində sınıq, sinəsində yara izləri, sol diz və ayağında sümüyə qədər işləyən kəsiklər, alın bölgəsində yaralanma və kəsik aşkar edilib. Tibbi ekspert isə qızın bədənində travmalardan yumşaq toxumaların zədələnməsi, hər iki qolun sınığı, beyin qansızması və ölümə elektrik cərəyanının səbəb olduğu rəyini verib.

Hadisə ilə bağlı cinayət işi açılıb. Qızının ifadəsi alınan digər qardaşı C.Demirtaş qardaşı K.Demirtaşın bacısını yad kişilərlə telefonda danışdığı üçün öldürdüyünü bildirib. C.Demirtaş qardaşının bacısından əvvəlcə telefonunu və şifrəsini istədiyini, vermədikdə isə taxtayla, plastik boruyla döydüyünü deyib. C.Demirtaşın dediyinə görə, ata-anası da qardaşına mane olmayıb, əksinə anası da qızını döyüb, hirsi soyumayan qardaşı sonda bacısına elektrik cərəyanı verib. C.Demirtaşın ifadəsindən sonra ana-ata və qatil qardaş həbs olunub.

Qatil K.Demirtaş isə ifadəsində bunları deyib: “Telefonu istədim. Verməyincə əsəbiləşdim. Bədəninin müxtəlif yerlərinə və başına bir neçə dəfə təpiklə, taxta dəyənəklə, plastik boruyla vurdum. Sonra qorxutmaq üçün bir ucunu cərəyan mənbəyinə taxdığım kabelinin digər ucunu 5-6 dəfə dizinə və ayaqlarına toxundurdum. Qorxsun deyə əvvəlcə islatdım, sonra bir kabel parçası ilə elektrik vermək istədim. 5-6 dəfə qısa müddətdə elektrik verib, çəkirdim. Elə bilirdim ki, özünü ürəyi getmiş kimi göstərir”.

Qatil qardaş ifadəsində özünü belə müdafiə edib: “Bacımı vəhşicəsinə hislə öldürməmişəm. Facebook hesabıma bacımla bağlı mesaj gəlirdi, ondan telefon istifadə edib etmədiyini soruşdum. Daim evdən qaçırdı, psixologiyası pozulmuşdu. Mesajlarda bacımın başqaları ilə əlaqəyə girdiyini deyirdilər. Bacı qatili deyiləm. Mesajlar psixologiyamı pozdu. Bacıma telefon işlətdiyini bildiyimi dedim. Başı bağlı olsa da mənə göndərilən mesajlarda açıq-saçıq fotoları vardı. Foto və mesajları ona göstərdim. Yalan danışanda isə vurdum. Təhqir etdi, dəyənəklə bud və baldırına bir neçə dəfə vurdum. Qapını kilidləmişdim. Sonra çarpayıların arasından telefonu çıxarıb verdi, ancaq şifrəsini vermədi. Mesaj qutularını şifrələmişdi. Şifrələri istəyəndə təhqir etdi. Qapıdan qaçmağa çalışarkən sürüşüb yerə yıxıldı. Yıxılandan sonra səsi kəsildi. Ayılması üçün üstünə su tökdüm. Ayılmayınca elektrik cərəyanı verib ayıltmağa çalışdım, yenə ayılmadı. Qaynaqçı olduğum üçün bunun zərər verməyəcəyini düşündüm. Anamla həyat yoldaşım bacımın paltarlarını dəyişdirdilər”.

Anası isə ifadəsində qızının uşaqlıqda keçirdiyi xəstəlik üzündən ruhi problem yaşadığını bildirib: “Qızım 8 dəfə evdən qaçdı. Oğlum döymüşdü. Mənim bundan xəbərim yox idi. Qızımın başqa kişilərlə görüşdüyünü bilmirəm. Hadisə günü evə gələndə Amənə yerdə uzanmışdı. Paltarı islanmışdı, paltarlarını dəyişdik. Paltarını çıxaranda qollarında qançır vardı. 16 yaşına qədər o uşaqdan xeyir görməmişəm”.

Ata Mehmet Demirtaş isə ifadəsində oğlunun qızını döydüyünü gördüyünü və kürəyinə və başına vurmaması üçün xəbərdarlıq etdiyini, oğluna qızını döyməsini və ya öldürməsini demədiyini söyləyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.