Türkiyənin AB-yə daxil olmamasının sirri açıldı

26-11-2017, 09:44           

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Antalya Mədəniyyət Mərkəzində çıxışı zamanı maraqlı etiraf edib.

Axar.az xəbər verir ki, XİN rəhbəri Türkiyənin nə üçün Avropa Birliyinə (AB) qəbul edilmədiyinin sirrini zalda əyləşənlərlə bölüşüb.

“Fransa və Almaniya rəsmiləri ilə bağlı qapılar arxasında görüşüb “Nədir dərdiniz?” deyə soruşduqda, “Avropa Birliyi bizim güc mərkəzimizdir. Siz daxil olduğunuz zaman Fransa-Almaniya birliyi pozular” deyirlər", - nazir bildirib.

Qeyd edək ki, Türkiyə 53 ildir ki, Avropa Birliyinə üzv olmağa çalışır. Lakin AB-nin əsassız ağır şərtləri səbəbindən üzvlük müzakirələri ilə bağlı irəliləyiş yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru