Ərdoğanın oğlu İtaliyada həbs edildi? - Foto

27-11-2017, 08:14           

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Əhməd Burak Ərdoğanın İtaliyada həbs edilməsi barədə yayılan xəbərə vəkili sərt reaksiya verib.

Axar.az xəbər verir ki, müvəkkilinin həbsi barədə Tvitterdə paylaşılan informasiyanı yalanlayan vəkil Əhməd Özəl rəsmi açıqlama yayıb.

Açıqlamasında bildirib ki, bu gün axşam saatlarından bir qism Tvitter istifadəçisi müvəkkilim Əhməd Burak Ərdoğanın İtaliyada saxlanıldığı barədə məlumat paylaşıb.

“Bu məlumat yalandır və bəlli niyyətə xidmət etmək üçün qəsdən yayılıb. Bu yalan və yanlış xəbərin hansı kirli əllərin əməli olduğu aşkardır. Bu yalan məlumatla gündəmi dəyişməyə çalışan kirli birliklərlə hüquqi mücadiləmiz davam edəcək”, - vəkil qeyd edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru