Ebru Gündeş Zərrabın bağışladığı villadan buna görə qaçdı

27-11-2017, 08:34           
Ebru Gündeş Zərrabın bağışladığı villadan buna görə qaçdı
ABŞ-da həbsdə olan tanınmış iş adamı Rza Zərrabın həyat yoldaşı, məşhur müğənni Ebru Gündeş daimi yaşayış yerini dəyişib. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni qızı Alara ilə Rza Zərrabın onlar üçün İstanbulun Kanlıca adlanan hissəsində aldığı villanı tərk edib. Keçən həftəyədək burada yaşayan ana və qızı başqa ünvana köçüb. Müğənni gedərkən özünə aid bütün əşyaları da toplayaraq aparıb.
Bildirilir ki, Ebru Gündeş Rza Zərrabla boşanmaq ərəfəsindədir. Lakin müğənni bu iddiaları təkzib etməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.