Azərbaycan hökmdarının tikdirdiyi abidələr dağılmaq təhlükəsi qarşısında – Təbrizdə İrana qarşı ETİRAZ
27-11-2017, 12:05
– Ağqoyunlular İmperiyasının hökmdarı Uzun Həsənin tarixi Azərbaycan şəhəri Təbrizdə tikdirdiyi məscid və məqbərə dağılmaq təhlükəsi ilə üzləşib.
Cebhe.info xəbər verir ki, Təbrizin 2018-ci il üçün “Turizm paytaxtı” elan edilməsinə baxmayaraq, Güney Azərbaycanda yaşayan soydaşlarımız (türklər) İran hökumətinin Azərbaycanın tarixi abidələrinə qarşı etinasızlığından şikayət edirlər.
Azərbaycanın tarixi memarlıq üslubunda tikilmiş abidələr dağılmaq təhlükəsi ilə üzləşiblər. XV əsrdə tikilmiş abidələrin Təbriz və Azərbaycanın mədəniyyət tarixində xüsusi yerləri var. XVIII əsrdə baş verən dağıdıcı zəlzələdə zərər görən abidələr Qacarlar sülaləsinin hakimiyyəti dönəmində yenidən tikilib. Bunlar Ağqoyunlular imperiyasının paytaxtı Təbriz şəhərinin incisi kimi qəbul edilirdilər.
İran hökumətinin Güney Azərbaycandakı türk tarixinin mədəni irslərinə qarşı etinasızlığı təkcə bu əsərlərə qarşı deyil. Təbriz və Güney Azərbaycanın bütün türklər yaşayan bölgələrində olan abidələr tarixin ayrı-ayrı dövrlərində məqsədyönlü şəkildə ya dağıdılıb, ya da farslaşdırılıb.