Müdafiə naziri hərbi əməliyyatla bağlı anons verdi: sabah da başlaya bilər...

27-11-2017, 22:50           
Müdafiə naziri hərbi əməliyyatla bağlı anons verdi: sabah da başlaya bilər...
Türkiyə ordusunun Suriyanın Afrin şəhərində əməliyyatı yaxın günlərdə başlaya bilər.

Unikal.org-un "Yeni Şafak” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin müdafiə naziri Nurəddin Canikli bəyan edib.

"Bu sabah və yaxud daha tez baş verə bilər”, jurnalistlərin suallarını cavablandıran nazir deyib.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrin şəhərində PKK terror təşkilatının Suriyadakı törəməsi olan "Demokratik İttifaq” (PYD) partiyasına qarşı əməliyyatın keçirilməsini istisna etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru