Türkiyədə 14 terrorçu zərərsizləşdirilib

28-11-2017, 08:56           
Türkiyədə 14 terrorçu zərərsizləşdirilib
Türkiyədə son həftə ərzində keçirilmiş antiterror əməliyyatları zamanı 14 terrorçu zərərsizləşdirilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, onlardan 3-ü məhv edilib, 2-i silahı yerə qoyaraq təslim olub, daha 9-u ələ keçirilib. Türkiyənin təhlükəsizlik qüvvələri noyabrın 20-dən 27-dək terror təşkilatlarına qarşı 645 əməliyyat keçiriblər. Əməliyyatlar zamanı PKK terrorçuları ilə əlbir olmaqda şübhəli bilinən 486 nəfər, İŞİD-lə əlaqədə olmaqda şübhəli sayılan 133 nəfər, Fətullah Gülənin rəhbərlik etdiyi FETÖ ilə əlaqədə şübhəli bilinən 663 nəfər, solçu terror təşkilatları ilə əlaqədə şübhəli bilinən 9 nəfər saxlanılıb.

Planlaşdırılmış əməliyyatlar zamanı ümumilikdə 5256 nəfər saxlanılıb. Onlardan 1291-i terrorçuluqda, 116-ı qanunsuz miqrasiya ilə bağlı cinayət əməllərində, 3849-u narkotik vasitələrin ticarətində və insan alverində şübhəli bilinir.

Bingöl, Diyarbəkir, Hakkari, Mardin, Tunceli və Bitlis vilayətlərində keçirilən əməliyyatların gedişində terrorçuların 34 sığınacağı, 17 əldəqayırma partlayıcı qurğusu və mina məhv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru