YPG terrorçuları Türkiyə ordusunun sərhəd postuna hücum ediblər
29-11-2017, 08:50
PKK ilə əlaqəli YPG (Suriya kürdlərinin terrorçu qruplaşması) terrorçuları Türkiyə ordusunun Kilis əyalətindəki sərhəd postunu atəşə tutublar, nəticədə bir hərbçi yaralanıb. APA-nın “Hurriyet”ə istinadən verdiyi xəbərə görə,
Məlumata görə, atəş YPG terrorçularının nəzarətində olan Suriyanın Türkiyə ilə həmsərhəd Afrin şəhəri istiqamətindən açılıb. Türkiyə ordusunun cavab atəşi açdığı bildirilir. Məlumat rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.
Qeyd edək ki, ötən gün Türkiyə Təhlükəsizlik Şurası Suriyada müşahidə missiyasını Afrin şəhərinədək genişləndirməyə çağırıb.