Voronejdə Rusiya-Türkiyə biznes forumu keçiriləcək

29-11-2017, 08:51           
Voronejdə Rusiya-Türkiyə biznes forumu keçiriləcək
Voronej şəhərində bu gün Rusiya-Türkiyə biznes-forumu keçiriləcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, tədbirdə 20-dək Türkiyə şirkəti iştirak edəcək.

Məlumata görə, biznes-forum Voronej vilayətinin rəhbərliyinin dəstəyi ilə Rusiyanın Ticarət-sənaye Palatası, Rusiyanın İstanbuldakı ticarət nümayəndəliyi, Rusiya-Türkiyə Əməkdaşlıq Şurası, Türkiyə xarici iqtisadi əlaqələr Şurası (DEIK) tərəfindən təşkil olunub.

Forumun məqsədi Türkiyə və Rusiya şirkətləri arasında iqtisadi əlaqələr qurmaq və inkişaf etdirmək, birgə investisiya layihələrini reallaşdırmaqdır.

Türkiyə nümayəndə heyətinin tərkibində tikinti sənayesi, kənd təsərrüfatı, yüngül sənaye, maşınqayırma, kimya sənayesi, kredit-maliyyə sahəsinin nümayəndələri, pərakəndə satış və turizm operatorları təmsil olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru