"Apple"-ın biabırçı səhvini ilk olaraq türklər aşkarladı - FAKT

30-11-2017, 09:33           
"Apple"-ın biabırçı səhvini ilk olaraq türklər aşkarladı - FAKT
“Apple” komputerlərinin əməliyyat sistemində problem aşkarlanıb.

teref.az BBC-yə istinadən xəbər verir ki, MacOS High Sierra əməliyyat sistemində yaranan problem kompüterə parolsuz daxil olması ilə bağlıdır.

“Biz bu problemi həll etmək üçün proqram yeniləməsi üzərində işləyirik”, – şirkət bildirib. Yaranan nasazlığı ilk olaraq türk proqramçı Lem Ergin aşkar edib. Onun sözlərinə görə, komputeri açarkən istifadəçi adı yerinə “root” yazıb, parol yerini boş buraxıb, “enter” düyməsini sıxmaqla komputerə istədiyiniz qədər giriş çıxış etmək mümkündür. Ekspertlər bu cür səhvi Apple şirkəti üçün “ən kobud və biabırçı” səhv adlandırıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru