Professor Aygün Attar İranın XİN başçısını ermənipərəst mövqeyinə görə "visdansız adam" adlandırdı...

1-12-2017, 00:33           

Türkiyədə yaşayan və çalışan tanınmış ziyalımız, Giresun Universitetinin keçmiş rektoru, professor, Dünya Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Aygün Attar Azərbaycan jurnalistlərinə xitab edib:

"Ey Azərbaycandakı jurnalistlər! İranın xarici işlər naziri Cavad Zərifdən - Ermənistanı bölgənin sülhməramlı və sabitlik üçün səy göstərən ölkəsi adlandıran bu həqiqətdən uzaq, visdansız adamdan İrəvanda keçirdiyi mətbuat konfransında bu dediklərinin səbəbini soruşun. Ata ocağını ziyarətə getdiyi üçün Kəlbəcəri işğal edən erməni dığalarının girov götürdüyü və illərdir əsirlikdə qalan Dilqəmin xətrinə soruşun. Göydə Allah, yerdə Xocalı deyərək çəkdikləri ahu - nalələri Allah qatında duyulan, üz-gözü cırıq-cırıq olan ana və bacılarımızın xətrinə soruşun. Qarabağ şəhidlərimiz və mənim kimi ata-babasının qəbri erməni şərəfsizlərinin tapdağı altında qalan insanlar üçün İranın xarici işlər nazirindən bunu hesabını sorun. Siz onun Ermənistanda məddahlıq edərək söylədiklərinin cavabını verməsəniz, o əsir ruhlar, o yesir xalq bizdən bunun hesabını soracaq. Bakıya gələn Zərifdən bütün bunları zərif bir şəkildə deyil, onun anlayacağı dildə soruşmaq lazımdır.
Moderator.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.