PKK-nın seçki oyununa Türkiyənin kürd partiyası HDP-də şərik olub – ABŞ PLANI

1-12-2017, 11:17           
PKK-nın seçki oyununa Türkiyənin kürd partiyası HDP-də şərik olub – ABŞ PLANI
Türkiyənin kürd partiyası olan HDP, Suriyanın şimalında PYD-nin ABŞ dəstəyilə işğal etdiyi ərazilərdəki qondarma "yerli məclis” seçkilərində müşahidəçi statusunda iştirak edib.

HƏQİQİ SAHİBLƏRİ QOVULDU

ABŞ-ın dəstəklədiyi Suriya PKK-sı bu gün Fəratın şərqində İraq sərhədinə qədər uzanan xətt boyunca və Fəratın qərbindəki Münbiç ilə Afrində "yerli məclis”lər yaradılması üçün səsvermə qutuları qurub.
Silah gücünə əhalinin demoqrafik quruluşunun tamamilə dəyişdirildiyi yerlərdə "demokratiya örtüyü” üçün qondarma seçkilər keçirən terrorçular, Hasəkə, Eyn əl-Ərəb, Tel Abyad, Rakka, Münbiç və Afrinin həqiqi sahiblərini yaşadıqları yerdən qovmuşlar. Bölgədə etnik təmizləmə aparan terrorçulara ABŞ xaricində ən böyük dəstəyi isə Türkiyədəki HDP verir.
PKK/PYD-nin təşkil etdiyi qondarma seçkini müşahidə etmək üçün Suriyanın şimalına gedən 11 nəfərlik heyətdə HDP Van Millət Vəkili Nadir İldırım, Ağrı Deputat Berdan Öztürk və Van Millət Vəkili Gözəl Özgökçə də var. Heyətdə HDP-lilərdən başqa, İraq Kürdüstan Regional Rəhbərliyinə aid millət vəkillərindən ibarət olan bir qrup da var.
Bölgəyə Bərzaninin göndərdiyi qrupla Suriyanın şimalında bir araya gələn HDP-liləri Cizirə Kantonunun Şura həmsədri Siham Keryo qarşılayıb. Terror təşkilatı PYD-nin qondarma yerli seçkilər keçirməsi də yanvarda olacaq “federal seçkilər”ə legitimlik donu geyindirməsinə xidmət edir. Və bəllidir ki, bu “dövlətcik” oyununun arxasında ABŞ durur.

SURİYADAKI KEÇİD PROSESİNƏ ƏN CİDDİ TƏHDİD

Yanvarda "federasiya seçkiləri”nə hazırlaşan təşkilat Suriya xalqından zorla aldığı ərazilərdə ABŞ-ın dəstəyi ilə işğalını davam etdirir. ABŞ-ın Şimali İraqda 25 sentyabr referendum təxribatına imza atan Bərzaninin hökm sürdüyü bölgə ilə Suriyada PKK/PYD əli ilə işğal etdiyi ərazini birləşdirib iki ölkəni də parçalamaq istədiyi bilinir. Ankara-Tehran-Bağdad əməkdaşlığının nəticəsi olaraq İraqda ABŞ planı uğursuzluğa düçar olduğu üçün bu planı Suriyada da uğursuzluğa məruz qoymaqdan ötrü bölgəyə əməliyyatın keçirilməsi qaçılmaz olub. PKK/PYD-nin qeyri-qanuni seçki oyunu Suriyada ərazi bütövlüyü əsasında həyata keçirilən normallaşma və siyasi prosesə keçidin qarşısındakı ən ciddi təhlükə kimi görünür.
Müxalifət.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.