“TRT”-nin jurnalistinin SİRLİ ÖLÜMÜ

1-12-2017, 11:28           

“TRT World” media orqanının Yeni zelandiyalı redaktoru Yasmin Rayn faciəvi şəkildə dünyasını dəyişib.
Publika.az xəbər verir ki, redaktor İstanbulda ziyarətinə getdiyi dostunun 5-ci mərtəbədəki evindən yıxılaraq ölüb.
Y.Rayn dostları ilə söhbət etdikdən sonra yataq otağına keçib. Saat 03:00 radələrində dostları qəfil gurultu səsi eşidib və Yasminin həyətə yıxıldığını görüblər.
Polis bu şübhəli ölümlə bağlı cinayət işi açıb. Meyit tibbi ekspertizaya göndərilib.
Qeyd edək ki, Yasmin Rayn Əlcəzair qaçqınlarından bəhs edən yazısı ilə 2010-cu ildə Beynəlxalq Jurnalist Mükəmməliyi Mükafatı laueratı olub.

“TRT”-nin jurnalistinin SİRLİ ÖLÜMÜ













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru