Ölkədə bir ilk: Tələbə qız DTX-ni tənqid etdi - Foto

2-12-2017, 02:01           
Ölkədə bir ilk: Tələbə qız DTX-ni tənqid etdi - Foto
Özbəkistan televeziyasının canlı yayımında ilk dəfə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) ünvanına tənqid səsləndirilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Özbəkistan TV-nin "Münasibət" verilişinə çıxan Daşkənd İnformasiya Texnologiyaları Universitetinin birinci kurs tələbəsi olan bir qız 7 dəfə qəbul imtahanında iştirak etdikdən sonra ali məktəbə düşə bildiyini deyib.

Tələbənin sözlərinə görə, o, əslində iqtisadçı olmaq istəyirmiş, ancaq 6 dəfə Daşkənd Maliyyə İnstitutuna imtahan verməsinə baxmayaraq, qəbul ola bilməyib.

Tələbə test üsuluyla keçirilən imtahanlara nəzərət edən müəllim və DTX əməkdaşlarının ədalətsiz davranışlarından söz açıb: "Gözümün qabağında DTX nəzarətçiləri müəlllimlərə bəzi abituriyentlərə kömək etmək göstərişi verir, beləcə onların test sualları cavablandırılırdı".

Canlı yayımdan sonra verilişin aparıcısı həmin tələbəni açıq və birbaşa danışmağı bacaran dörd-beş gəncdən biri kimi tərifləyib: "Onlar bizim gələcəyimzidir. Heç kəsdən qorxmur, düşündüklərini danışırlar".

Qeyd edk ki, Özbəkistan televeziyasında canlı yayıma Prezident Şövkət Mirziyayevin hakimiyyətə gəlişindən sonra icazə verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru