Türkiyənin Bursa vilayətində ağır yol qəzası baş verib. Hadisə Mudanya yolunda qeydə alınıb. Fabrik işçilərini daşıyan avtobusun minik avtomobili ilə toqquşması nəticəsində 3 nəfər ölüb. Zərbənin gücündən avtobus yanı üstə aşıb. Qəza nəticəsində çoxlu sayda xəsarət alanların olduğu bildirilsə də, onların dəqiq sayı barədə hələlik məlumat verilmir.