Türkiyə XİN rəhbəri: “FETÖ-çülər ABŞ Konqresinə yayılıblar”

3-12-2017, 12:04           
Türkiyə XİN rəhbəri: “FETÖ-çülər ABŞ Konqresinə yayılıblar”
Fətullah Gülənin tərəfdarları ABŞ Konqresi, məhkəmə sistemi və diplomatik missiyalarına yayılıblar. APA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.

“FETÖ-nün ABŞ-da nə etmək istədiyini biz yaxşı bilirik, FETÖ-nün dövlət qurumlarına, məhkəmə instansiyalarına nüfuz etməsi barədə amerikalıları açıq şəkildə məlumatlandırırıq. Onlar ABŞ-ın Türkiyədəki diplomatik missiyalarına, ABŞ Konqresinə, hər yerə yayılıblar. Leqal və ya qeyri-leqal şəkildə. Biz FETÖ ilə öz ölkəmiz daxilində necə mübarizə aparırıqsa, xəyanətkarların olduğu bütün dünya ölkələrində də bu cür mübarizəni davam etdirəcəyik”, - deyə Çavuşoğlu qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru