Türkiyə Prezidentinin sözçüsü Şəhidlər və Qazilər üçün mahnı oxudu - VİDEO

4-12-2017, 09:15           
Türkiyə Prezidentinin sözçüsü Şəhidlər və Qazilər üçün mahnı oxudu - VİDEO
Türkiyə Prezidentinin sözçüsü Şəhidlər və Qazilər üçün mahnı oxudu - VİDEO


Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın Ankara Gözəl Sənətlər Universitetinin rektoru, professor Erol Parlak və müğənni Yavuz Bingöl ilə birlikdə “Memete ağıt” türküsünü ifa edib.

Moderator.az Türkiyənin “Milliyyət” qəzetinin internet saytına istinadən xəbər verir ki, bu türkü 15 iyul şəhidlərinin xatirəsinə yazılıb və səsləndirilib. Söz və musiqisi Erol Palağa aid olan türkü bu dəfə 3 dekabr Beynəlxalq Əlillər Günü münasibətilə eşitmə qüsuru olan insanlar üçün ifa olunub. Bu layihədə təkcə eşitmə qüsuru olan insanlar deyil, digər kateqoriyadan olan əlillər də iştirak edib.

Lal və karlar üçün tərcüməçi Nurbən Kəndirlinin təqdimatında efirə verilən türkünün bu versiyası eşitmə qüsurlu insanların internet televiziyası olan “Duymaz” tv tərəfindən hazırlanıb.

Bir dövlət rəsmisinin şəhidlər və sağlamlıq imkanları məhdud insanlar üçün mahnı ifa etməsi alqışa layiq hərəkətdir.
[media=https://www.youtube.com/watch?v=k61g3C9gaIA]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.