Rza Zərrabın ümid yeri falçıya baxdırmaq oldu

4-12-2017, 11:05           

Amerikada mühakimə olunan, həmçinin şahidlik edən iranlı iş adamı Rza Zərrabın bu daradarda fala baxdırdı ortaya çıxıb.

“A24.az”ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Zərabın yaxın işçisi Sinem Arslanın evində araşdırma aparılıb.

Araşdırma zamanı tapılan qeydlərdən birində Zərrabla əlaqədar falçının şərhləri diqqət çəkib. Arslan Rza Zərrabın istəyi ilə görüşdüyü falçının sözlərini ABŞ-a göndərdiyini bildirib. Falçının isə Zərrabla bağlı “Klostrofobiyanın təsiri ilə yanlış seçim” və “Hökumət sahib çıxmaya bilər” kimi haqqında şərhlər verdiyi öyrənilib.

Bundan başqa iranlı iş adamı Zərrab açıq yazmadığı “e-meil”də Dubaydan vətəndaşlıq alıb-almayacağının araşdırılmasını istəyir. Zərraba ölkəni dəyişdirmək əvəzinə, müxtəlif adlarla tutulmuş evlərdə qalması məshələt görülür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.