“Qərbi Azərbaycan xalqı bütün fərqli din, məzhəb və qövmlərə ..." İran generalı

4-12-2017, 11:40           

İran düşmənin bütün fitnələrinə rəğmən öz təhlükəsizliyini hər keçən gün daha çox artırır.

Axar.az xəbər verir ki, bunu Urmiyada Qərbi Azərbaycan şəhidləri üçün təşkil edilən mərasimdə çıxışı zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Məhəmməd Əli Cəfəri söyləyib.

“Qərbi Azərbaycan xalqı bütün fərqli din, məzhəb və qövmlərə rəğmən vəhdət yarada biliblər. Bu, bölgənin qazandığı əsas zəfərdir. Bizim düşmənlərimiz üzərində qazandığımız bütün zəfərlərdə xalqın payı böyükdür. Ümid edirəm ki, bu dirəniş bayrağı (Qərb və İsrailə qarşı mübarizə nəzərdə tutulur – red.) əsl sahibinin əlinə çatacaq və vəd edilən ilahi zəfər gerçəkləşəcək”, – deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru