Türkiyə söz sahibidir: ABŞ geri çəkiləcək – Rus ekspert

5-12-2017, 09:29           

Vaşinqton Türkiyə ilə əlaqələrə daha çox zərər vermək istəmir və gələcək planları üçün kürdləri tərk edəcək.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya-ABŞ Əlaqələri Mərkəzinin rəhbəri Pavel Podlensli deyib.

“Bu, ABŞ-ın tipik siyasətidir. Birindən istifadə edirlər, lazım gəldikcə onu atırlar. Kürdlərə də müəyyən mənada ehtiyacları vardı. Artıq o ehtiyac qalmayıb. Hazırda Suriyada böhran həll edilməlidir və Türkiyə bu məsələdə söz sahibidir”, - Podlensli bildirib.

Ekspert onu da əlavə edib ki, ABŞ Türkiyəni güclü müttəfiq olaraq görmək istəyir.

Qeyd edək ki, Türkiyə və ABŞ liderləri arasında bir müddət əvvəl baş tutan telefon danışığını şərh edən Pentaqon rəhbəri Ceyms Mattis ölkəsinin YPG-ni silahlandırmayacağını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru