Türkiyədən Rusiyanı qəzəbləndirəcək bəyanat: "Tanımırıq!"

16-03-2018, 21:13           
Türkiyədən Rusiyanı qəzəbləndirəcək bəyanat: "Tanımırıq!"
Türkiyə Xarici İşlər Nazirliyi Krımın Rusiya birləşdirilməsinin 4-cü ildönümü ilə bağlı bəyanat yayıb.

A24.az xəbər verir ki, bəyanatda hazırda Krımda mövcud olan idarəçiliyin tanınmadığı bildirilib.

“Beynəlxalq hüququn pozulması ilə nəticələnən bu qərarı bir daha tanımadığımızı bəyan edirik. Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə olan dəstəyimizi ifadə edirik”, – bəyanatda bildirilib.

Qeyd edək ki, 2014-cü ilin martın 16-da Krımda keçirilən referendumda 96 faizdən çox səslə yarımadanın Rusiyaya birləşdirilməsi qərar verilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru