Bakıda Türkiyə vətəndaşı qonaqlıq verdiyi dostu tərəfindən bıçaqlanıb

20-03-2018, 09:53           
Bakıda Türkiyə vətəndaşı qonaqlıq verdiyi dostu tərəfindən bıçaqlanıb
Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1994-cü il təvəllüdlü Türkiyə vətəndaşı Altürk Mazlum Bül-Bül prospektində yerləşən restoranda azərbaycanlı dostuna qonaqlıq verdikdən onunla sonra mübahisə edib.

Nəticədə A.Mazlum dostu tərəfindən ürək nahiyəsindən bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Yaralının yaxınlarının bildirdiyinə görə, zərərçəkmiş mərc oyununda ("Topaz") xeyli miqdarda pul qazanıb. Buna görə də, dostuna restoranda qonaqlıq verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru