Türkiyə və ABŞ Menbiçlə bağlı razılaşma əldə etməyib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizert Noyert deyib.
Məsələ ilə bağlı ətraflı açıqlama verilməyib.
Qeyd edək ki, ABŞ-ın dövlət katibi yanvarın 23-də Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Paris görüşündə Suriyada 30 kilometr dərinlikdə təhlükəsizlik xəttinin qurulmasını təklif etmişdi. Reks Tillerson həmçinin “təhlükəsiz zonanın yaradılması üçün Türkiyə ilə birlikdə çalışa bilərik” şəklində bəyanat vermişdi.
Tillersonun istefasında sonra ilkin razılaşma sual altına düşmüşdü.