Daha bir deputat MHP-dən istefa verdi –İYİ partiya güclənir

27-04-2018, 00:45           

Türkiyənin Bursa şəhərindən deputat seçilən Millətçi Hərəkat Partiyasının (MHP) üzvü Kadir Koçdəmir İYİ Partiyaya keçib.

Koçdəmir İYİ Partiyasının İdarə Heyətində bir neçə saatlıq görüşdən sonra bu barədə qərar verib.

Qeyd edək ki, bir neçə gün əvvəl CHP-nin 15 millət vəkili partiya sədrinin təlimatı ilə İYİ Partiyasının sıralarına qoşulmuşdu.

CHP-nin İYİ Partiyasını seçkilərə daşımaq üçün atdığı bu addımı hakim Ədalət və İnkişaf Partiyası (AKP) ciddi tənqid etmişdi/Axar.az.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru