Teymurun türkü aşağılayan Firdovsiyə möhtəşəm cavabı - Video

28-04-2018, 10:03           
Teymurun türkü aşağılayan Firdovsiyə möhtəşəm cavabı - Video
Firdovsinin 30 ilə yazdığı “Şahnamə” poeması İranın VII əsrədək olan tarixini özündə əks etdirir. Bu əsər 60 min beytdən ibarətdir və əfsanəvi İran-Turan müharibələrindən bəhs edir.

Kult.az xatırladır ki, klassik Şərq ədəbiyyatının abidələrindən hesab olunan bu əsərdəki irqçilik, türklərin aşağılanması poemanı bəşəri olmaqdan çıxarır və onu bir millətin özünəvurğunluq xəstəliyinin mənbəyinə çevirir.

Rəvayət görə, Qəznəvilər dövlətinin ən qüdrətli hökmdarı Sultan Mahmud əsərin hər beytinə bir qızıl pul verəcəyini deyir, lakin “Şahnamə”ni oxuyandan sonra bəyənmir və Firdovsiyə hər beyt üçün qızıl yox, gümüş pul verir. Bundan sonra Firdovsi sultana həcv yazır və doğma yurdunu tərk edir.

1020-ci ildə vəfat edən Firdovsi Tus şəhərindəki bağında dəfn edilir.

Lakin Firdovsinin türkləri aşağılaması unudulmur. Əsərin yazılmasından təxminən bir neçə əsr sonra qüdrətli türk hökmdarı Əmir Teymur İranı fəth edir və “Şahnamə”də türkləri aşağılayan Firdovsinin məzarına gəlir...

Daha ətraflı Axar TV-nin hazırladığı süjetdə...













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.