Ərdoğan İbrahim Tatlısəsin oğlunu BELƏ XİLAS ETDİ - VİDEO

29-04-2018, 12:15           

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin təbliğat-təşviqat mitinqləri çərçivəsində İzmir şəhərində çıxış edib.

Publika.az xəbər verir ki, prezident millət vəkilliyinə namizədliyini irəli sürən məşhur müğənni İbrahim Tatlısəsi səhnəyə dəvət edib.

Tatlısəs səhnədə Ərdoğanla bağlı xatirələrini bölüşüb:

“Mən bu insanın nəyinə tapıram, bilirsinizmi? Ərdoğan İstanbulda bələdiyyə sədri idi. Oğlum İdo yeni anadan olmuşdu, iki aylıq idi. Dedim ki, hörmətli sədr, bizim villamız var, amma üşüyürük. Təbii qaz hər yerdə var, ancaq bizə gəlmir. 10 dəqiqə sonra mənə zəng etdi və dedi ki, sizin tərəflərdə qaz yoxdur, ancaq mən öz qazımızdan verəcəm sizə. İki ay sonra evimizə təbii qaz gəldi və İdo üşüməkdən qurtuldu”.

Daha sonra ikili “Yaylalar” mahnısını xalqla birlikdə söyləyib.

Həmin görüntüləri təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru