CHP-nin prezidentliyə namizədi: İncə, Kəsici, yoxsa?.

29-04-2018, 12:28           

Kılıçdaroglu “iqtisadiyyatı bilsin, davakar olmasın, heç nə etməsinə gərək yoxdur, mən edəcəm” tərifinə uyğun namizəd axtarır.

Bu sözləri Axar.az-a açıqlamasında QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib. O bildirib ki, Kılıçdaroğlu və komandasının CHP-nin prezident namizədi üçün zəruri saydığı 3 kriter var:

“Bu şəxsin eyni zamanda partiyada liderlik iddiası olmayan biri olmasına üstünlük veriləcək. Bundan başqa, namizəd kimi irəli sürüləcək şəxsin sağ idelojiyə yaxın biri olması əsas tələblərdəndir. Hazırda gündəmdə olan 3 namizəd var: Müəmmər İncə, Yılmaz Böyükərşən və İlhan Kəsici. Əgər sürpriz başqa namizəd olmazsa, bu 3 namizəddən ən şanslı olan İlhan Kəsicidir. Çünki Yılmaz Böyükərşən çox yaşlıdır (81), bu 3 namizəd arasında ən az səs alacaq şəxsdir. Böyükərşənin göstərilməsi Maral Akşənərin seçkinin 1-ci turunda 2-ci olmasını asanlaşdıracaq, hətta partiyanın səslərini azaldacaq və Kılıçdarogluna qarşı partiya daxilində tənqidləri artıracaq”.

N.Cəfərsoy qeyd edib ki, Müəmmər İncə CHP namizədi kimi ilk turda ən çox səs ala biləcək şəxsdir:

“Ancaq onun partiya sədri olmaq iddiası var. Seçkidə Müəmmər İncənin performansı və yüksək səs alması, ancaq CHP-nin parlamentdə səs itirməsi, hətta əsas müxalifət partiya mövqeyini əldən verməsi (İYİ Partiyasının seçkidə iştirakı ilə bu ehtimal yüksəlib) Kılıçdaroğlunun partiya sədrliyi üçün ciddi problem yaradacaq. İncənin namizədliyi Akşənərin ilk turda 2-ci olmasına çətinləşdirər. Bu baxımdan mövcud CHP liderliyi üçün İncə ən az arzu edilən namizəddir. Hətta onlar İncənin küsərək partiyadan ayrılmasını belə arzu edərlər. Ancaq Kılıçdaroğlu İncənin namizədliyini verərək, uduzmasını və partiya liderliyi üçün zərbə almasını da istəyə bilər ki, bu, məncə, daha zəif ehtimaldır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.