Tatlısəsin Ərdoğanla bağlı bölüşdüyü xatirələr yalan çıxdı - VİDEO

29-04-2018, 14:33           

Məşhur müğənni İbrahim Tatlısəsin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında prezident seçkilərinin təbliğat-təşviqat mitinqləri çərçivəsində İzmir şəhərində çıxış edərkən bölüşdüyü xatirələr yalan çıxıb.

Publika.az xəbər verir ki, Tatlısəs Ərdoğanın bələdiyyə sədri olduğu zaman evlərinə təbii qaz xətti çəkdirdiyini bildirib. Müğənni qeyd edib ki, oğlu İdo həmin dövrdə iki aylıq olub.

İbrahim Tatlısəsin oğlu İdo Tatlısəs 15 fevral 1992-ci ildə anadan olub. Ərdoğan isə 27 mart 1994-cü ildə İstanbul Böyük Bələdiyyəsinin sədri seçilib. Tarixlərin uyuşmazlığı Tatlısəsin Ərdoğanla bağlı danışdığı xatirələrin gerçəyə uyğun olmadığını ortaya çıxarıb və hər kəsdə şübhə yaradıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru