Qazaxıstanda “Azərbaycansayağı” hadisə: Park bir gecədə yoxa çıxdı – FOTO

1-05-2018, 09:01           
Qazaxıstanda “Azərbaycansayağı” hadisə: Park bir gecədə yoxa çıxdı – FOTO
Sən demə, floranın qənimi kəsilənlər təkcə Azərbaycanda məşhur deyilmiş. Bu günlərdə Qazaxıstanın paytaxtı Astanada da bir gecədə bütöv bir parkı yox ediblər. Parkın yerində yeni bina inşa ediləcək. Amma qazaxlar bizdən insaflı çıxıblar, onlar parkın yerində çoxmənzilli yeni tikili deyil, mədəniyyət mərkəzi üçün bina inşa edəcəklər.
teref.az “Bizim “Yol”a istinadən xəbər verir ki, Bökeyxan küçəsində İlk Prezident Kitabxanasının yaxınlığında yerləşən yaşılıq ərazini əvvəlcə hasara alıblar. Yaxınlıqdakı binaların sakinləri parkda yenidənqurma işləri aparılacağını güman ediblər. Lakin bir həftənin içində parkın ərazisindəki bütün ağaclar – böyük şam, iynəyarpaqlı ağaclar yox çıxıb. Şahidlərin sözlərinə görə, parkdakı fəvvarələr və giriş-çıxış yolları da bir neçə gündən sonra sökülüb.

Daha sonra məlum olub ki, parkı tikinti üçün ləğv ediblər. Onun yerində şəhərin Baş planına əsasən, Mədəniyyət Mərkəzi üçün 7 mərtəbəli 3 bina tikilməsi gözlənilir.

İlkin məlumatlara görə, ağaclar yenidən əkilmək üçün başqa parka aparılıb. Ancaq ərazinin və işlərin iqlim və mövsümi xüsusiyyətləri bitkilərin yenidən əkilməsini, habelə sonrakı taleyini şübhə altına alır, üstəlik, bu iş üçün büdcə ayrılıb.

Fəallar artıq şəhər hakimiyyətindən vəziyyəti şərh etməyə çağırıblar, lakin hələ cavab almayıblar.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.