Rus azərbaycanlı və ermənini bu cür qızışdırdı - 80 illik video

1-05-2018, 09:24           

Feysbukda fəaliyyət göstərən Turan TV səhifəsi Azərbaycan-Ermənistan münaqişəsini və erməni xislətini özündə əks etdirən maraqlı bir paylaşım edib.

Kult.az xəbər verir ki, paylaşımda yəhudi rejissor Viktor Turin tərəfindən çəkilmiş “Bakılılar” filmindən bəhs olunub.

Görüntülərdə azərbaycanlı uşağın erməni ilə konfetini böldüyü, erməninin isə hamısını götürüb qaçdığı görünür. Yanlarındakı rus kişi isə onların ikisini də tutub aranı qızışdırır və böyük dava salır.

Qeyd edək ki, “Bakılılar” filmi 1938-ci ildə ekranlaşdırılıb. Film 1905-ci ildə Bakıda baş verən inqilabi hadisələrə, çar mütləqiyyətini devirmək uğrunda aparılan mübarizəyə həsr edilib. Əsas rolları Rza Əfqanlı, Nikolay Şulgin, O.Kutıryeva, Boris Baykov, Vaso Qodziaşvili və V.Baqratuni oynayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru