Xəstəxanada narkotik tərkibli dərmanlar satan həkimlər tutuldu - FOTOLAR

2-05-2018, 11:11           

Xəstəxanada aparılan araşdırma zamanı təcilli yardım həkimlərinin gizli yollarla narkotik vasitə satdığı məlum olub.

Publika.az xəbər verir ki, Türkiyənin Tuzla adlanan bölgəsində polis tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsindən Tuzla mərkəzi xəstəxanasında çalışan B.S. və S.S. adlı 2 həkim şübhəli qismində saxlanılıb.

Əməliyyat-axtarış nəticəsində xəstəxanadan 172 ədəd "extacy" adlanan narkotik maddə, 5 ədəd bükülmüş narkotik tərkibli həblər, 5 min türk lirəsi dəyərində pul müsadirə edilib.

Saxlanılan həkimlər həbs ediliblər.

Faktla bağlı cinayət işi açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru