Koreya lideri Türkiyə himnini niyə əsgər duruşunda dinlədi?

3-05-2018, 09:25           

İndiki dönəmdə Türkiyə prezidentinin Cənubi Koreyaya səfəri xüsusi önəm daşıyır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Əhəd Məmmədli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfərini şərh edərkən deyib. O bildirib ki, Özbəkistanın ardınca Uzaq Şərqin önəmli ölkələrindən olan Cənubi Koreya səfərinin ilginc məqamlarından biri Türkiyənin dövlət himni səslənərkən, Koreya liderinin əsgər duruşunda olması idi:

“Koreyalılar Türkiyəni sevirlər. Bu sevgi Koreya müharibəsindən sonra daha çoxalıb. O müharibədə iştirak edən koreyalılar söyləyirlər: "Biz amerikan, çin, rus əsgərini də gördük, amma türk əsgəri kimi vuruşan görmədik”. Cənubi Koreyanın kommunist işğalından azad olunmasında məhmədciyin şücaəti önəmli rol oynayıb. Qədirbilən Koreya xalqı hələ də bunu unutmayıb”.

Politoloq vurğulayıb ki, Ərdoğanın Özbəkistandan sonra Cənubi Koreyaya səfəri onu göstərdi ki, Balkanlar, Yaxın Şərq, Afrika, Mərkəzi Asiya ilə yanaşı, Uzaq Şərq bölgəsi də Türkiyənin xarici siyasət prioritetlərindəndir:

“Dünyada güc baxımından Türkiyəni hələlik ABŞ, Çin, Rusiyadan bir addım geri salan qardaş ölkənin nüvə gücünün olmamasıdır. Bu məsələni həll edərsə, Türkiyə dünya gücünə çevrilər. Osmanlıdan qalan bir türk ədaləti var. Ədalətsiz, vəhşi imperialist dünyada Türkiyə gücləkdikcə əzilən xalqlar türk ədalətinə sığınmağa yenidən başlayıblar".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru