Son dəqiqə: Egey dənizində Türkiyə və Yunanıstan gəmiləri toqquşdu

4-05-2018, 22:36           

Egey dənizində Türkiyəyə məxsus yük gəmisi ilə Yunanıstanın hərbi gəmisi toqquşub.

Avropa.info xəbər verir ki, hadisə ilə bağlı Türkiyənin Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi açıqlama yayıb.

Məlumata görə, hadisə bu gün Türkiyə vaxtı ilə saat 04:08-də baş verib.

Türkiyəyə məxsus sement yüklü gəmi Yunanıstanın hərbi gəmisi ilə Midilli adasının təxminən 3,8 mil şərqində toqquşub.

Hadisə zamanı ölən və yaralananların olmadığı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru