Türkiyədə ağır yol qəzası, ölənlər və yaralananlar var

6-05-2018, 12:11           
Türkiyədə ağır yol qəzası, ölənlər və yaralananlar var
Türkiyənin Bursa şəhərində iki minik avtomobili toqquşub.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində 3 nəfər həlak olub, 3 nəfər isə yaralanıb. Ölənlər və yaralananlar bir maşında olub.

Məlumata əsasən, sürücü və sərnişinlərdən biri hadisə yerində həlak olublar, 4 nəfər isə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq yaralılardan birini xilas etmək mümkün olmayıb. Digər yaralıların vəziyyətinin ağır olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru