Türkiyə "S-400" raketləri ilə bağlı ABŞ-a sərt xəbərdarlıq edib

6-05-2018, 16:04           
Türkiyə "S-400" raketləri ilə bağlı ABŞ-a sərt xəbərdarlıq edib
Türkiyə Vaşinqton Ankaraya "F-35" qırıcılarının tədarükünü əngəlləyəcəyi təqdirdə, ABŞ-a qarşı cavab tədbirləri görəcək.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu "CNN Turk" telekanalına müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir gələn həftə Birləşmiş Ştatlara səfər edəcəyini və bu məsələni orada müzakirə edəcəyini bildirib.

Onun sözlərinə görə, "F-35"in satışının ləğvi məqbul deyil.

Aprelin ortalarında ABŞ dövlət katibinin köməkçisi Uess Mitçell bildirib ki, Ankaranın Rusiydan S-400 zenit-raket kompleksləri alması Türkiyəyə "F-35" qırıcılarının tədarükünə mənfi təsir göstərə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru