"Qazprom” “Türk axını”nın 2-ci xəttinin inşasına dair protokol imzalayıb

27-05-2018, 08:11           

Rusiyanın “Qazprom” neft-qaz şirkəti və Türkiyə hökuməti Avropaya çəkilən “Türk axını” qaz borusunun 2-ci xəttinin qurudan keçəcək hissəsinin inşasına dair protokol imzalayıblar, inşanın şərtləri və parametrlərini müəyyənləşdiriblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya şirkətinin məlumatında bildirilir.

“Qazprom” qeyd edir ki, sənədlərin imzalanması layihənin reallaşdırılması üzrə praktiki addımlara keçməyə imkan yaradır.

Borunun 2-ci xəttinin quru hissəsinin inşası paritet əsaslarla yaradılacaq “TurkAkim Gaz Tasima A.S.” birgə layihə şirkəti tərəfindən həyata keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru