F-35 qadağası: Türkiyənin cavabı nə olacaq?

27-05-2018, 09:53           
F-35 qadağası: Türkiyənin cavabı nə olacaq?
ABŞ-ın bu tələbi Türkiyəyə təzyiq xarakteri daşıyır.

Bu sözləri Axar.az-a ABŞ Konqresinin Türkiyənin F-35 proqramından çıxmasını tələb etməsi ilə bağlı danışan millət vəkili, politoloq Rasim Musabəyov deyib. Deputat bildirib ki, ABŞ-ın əsas məqsədi Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemlərini almaqdan vaz keçməsinə nail olmaqdır:

“Türkiyənin məsələ ilə bağlı atacağı addımlara gəlincə, bu barədə indidən nəsə söyləmək çətindir. Hər halda Türkiyə kifayət qədər inkişaf etmiş bir ölkədir və başqa yerlərdən də silah almaq və ya istehsal etmək imkanlarına malikdir. Ümumiyyətlə, ABŞ və Türkiyənin sonda razılığa gələcəyini düşünürəm. Çünki hər iki dövlətin bir-birinə ehtiyacı var”.

Qeyd edək ki, ABŞ Konqresi Türkiyənin F-35 proqramından çıxmasını tələb edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.