Türkiyədən Ermənistana hava şarı düşdü: Qəribə durum

27-05-2018, 17:32           

Texniki vasitələrlə təchiz olunmuş hava şarı Türkiyə-Ermənistan sərhədini keçərək Ermənistanın Yeni Amasiya kəndi yaxınlığında yerə düşüb.

Axar.az xəbər verir ki, bu sözləri yerli icra orqanının rəhbəri Qarik Avdalyan deyib.

Məlumata görə, hava şarını kənd sakinləri tapıblar. Hava şarının hələlik təyinatı məlum olmayan texniki vasitələrlə təchiz olunduğu bildirilir. Onu görənlərdən bəziləri idarəetmə pultu, bəziləri isə müşahidə kamerası adlandırıb.

Hazırda hadisə yerində erməni polisi və təhlükəsizlik orqanlarının əməkdaşları araşdırma aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru