Türkiyənin şərtləri qəbul olunur – Menbiç razılaşması

28-05-2018, 09:17           

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və ABŞ Dövlət katibi Mayk Pompeonun 4 iyunda Vaşinqtonda keçirəcəyi görüş zamanı razılıq əldə olunacağı halda PYD-YPG terror qruplaşması Menbiçdən çıxarılacaq.

Axar.az xəbər verir ki, bundan sonra ərazinin təhlükəsizliyini ABŞ və Türkiyə qoşunları birlikdə təmin edəcək.

Məlumata görə, görüşlə bağlı müzakirələr zamanı Türkiyənin irəli sürdüyü şərtlər ətrafında fikir mübadiləsi aparmaq təklifi böyük ölçüdə qəbul olunub.

Xatırladaq ki, Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu tərəflərin Menbiçlə bağlı razılıq əldə edəcəyi halda təhlükəsizliyin birlikdə təmin olunacağını, bu modelin daha sonra başqa ərazilərdə tətbiq ediləcəyini açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru