Yoldan tapılan çemodanlardan görün, nə çıxdı - Video

29-05-2018, 10:36           

Türkiyənin Başakşehir səmtində iki çemodanın içərsində parçalara ayrılmış kişi cəsədinin tapılması polisi ayağa qaldırıb.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, şəxsiyyəti müəyyən edilməyən cəsədləri yol kənarına tullayanlara aid kamera görüntüləri üzə çıxıb. Şübhəlilərin görüntüləri cəsədlərin tapıldığı yerdən 50 metr uzaqlıqda yerləşən bir mənzildəki kameralara düşüb.

Görüntülərdə iki şübhəli əllərində iki çemodan gəzərkən görülür. Polis görüntülərdəki adamların kimliyini müəyyən etməyə çalışır.


Qeyd edək ki, Güvercintəpə məhəlləsində ərik toplayan uşaqlar yol kənarında iki çemodan tapıb və bu brədə ailələrinə xəbər veriblər. Çemodanlardan qan damdığını görən sakinlər polisə xəbər veriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru